Avqustun 6-da Xaçmaz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbir “Amoris” MMC-nin ərazisində baş tutacaq.
Avqustun 7-də isə Xudat şəhərində “Food City Agrocomplex”nin ərazisində növbəti “Aqrar Biznes” və “Şaftalı” festivalı keçiriləcək.