AZ

Trampın qolf klubu üzərində təhlükə: ABŞ qırıcıları havaya qaldırıldı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr fövqəladə qaydada havaya qaldırılıb. Buna səbəb Prezident Donald Trampın qolf klubunun yerləşdiyi Bedminster bölgəsindəki uçuş üçün qadağan olunmuş hava məkanına mülki təyyarənin daxil olmasıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
 
Bildirilib ki, qırıcılar təcili olaraq havaya qalxaraq mülki hava gəmisini mühasirəyə alıblar. Pilotun diqqətini cəlb etmək üçün siqnal raketləri buraxılıb.
 
Qeyd olunur ki, bu ərazidə bundan əvvəl də oxşar hallar qeydə alınıb.
Seçilən
16
2
moderator.az

3Mənbələr