AZ

Ultimatumun son günü: Tramp Rusiyanı hədələdi...

Avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Sanksiyalar olacaq, lakin görünür, Rusiya onlardan qaçmaqda kifayət qədər uğurludur. Bilirsiniz, onlar hiyləgər insanlardır və sanksiyalardan qaçmağa müvəffəq olurlar”, - Tramp bildirib.

Qeyd edək ki, avqustun 8-i Trampın verdiyi on günlük ultimatumun son günüdür.

Seçilən
42
2
axar.az

3Mənbələr