AZ

Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin avtomobil markası olub

31 iyul 2025-ci il tarixinə olan məlumata görə, Çinin avtomobil istehsalçısı Chery Group-un cəmi istifadəçi bazası (bu tarixədək satılmış avtomobillərin sayı) 17,18 milyonu ötüb, onların 5,17 milyonundan çoxu xarici istifadəçilərdir (Çinin xaricinə göndərilmiş avtomobillərin sayı).

Marja.az xəbər verir ki, 2025-ci ilin İyul ayında Chery Group ümumilikdə 224 min 439 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% artım deməkdir.

Qrup yeni enerji ilə işləyən nəqliyyat vasitələri (NEV - hibrit, plug-in hibrit və digər elektrik avtomobillər) sahəsində də nəticələrini açıqlayıb — 65 min 357 vahid satış qeydə alınıb ki, bu da illik müqayisədə 44,1% artım deməkdir.

Chery iyul ayında 119 min 90 avtomobil ixrac etməklə, əvvəlki illə müqayisədə 31,9% artım göstərib və Çin avtomobillərinin aparıcı ixracatçısı mövqeyini qoruyub.

Bu ilin ilk yeddi ayında Chery-nin ümumi satışı 1 milyon 484 min 563 avtomobilə çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım deməkdir. Həmin dövrdə şirkət 669 min 360 avtomobil ixrac edib və bu, onu Çində ixrac üzrə lider mövqeyində saxlayıb.

İxrac bazarında BYD Chery-yə yaxınlaşır. Bu ilin ilk yarısında BYD-nin ixrac həcmi illik müqayisədə 118,2% artaraq, Chery ilə rəqabətə yaxınlaşıb.

Yiche platformasının məlumatına görə, 2025-ci ilin ilk yarısında Çin avtomobillərinin ixrac olunduğu ilk üç ölkə Meksika, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiya olub. Meksikaya 234 min 500 ədəd, BƏƏ-yə 214 min 300 ədəd, Rusiyaya isə 171 min ədəd avtomobil ixrac edilib.

 

Meksikada ixrac illik müqayisədə 30,7% artıb, BƏƏ-də bu artım 58,5% təşkil edib, Rusiyaya isə ixrac 59,2% azalıb.

Seçilən
25
4
marja.az

5Mənbələr