AZ

Orta miqdarda qəhvə və çay yaşlılarda düşüncə və yaddaşı qoruya bilər

Yaş artdıqca idrak funksiyasının qorunması sağlam qocalmanın əsas elementlərindən biridir. “Journal of Alzheimer’s Disease” jurnalında dərc olunan yeni araşdırma gündəlik qəhvə və çay istehlakı yaşlılarda koqnitiv geriləmənin sürətini azaltdığını ortaya qoyur.

AZƏRTAC “News Medical” saytına istinadla xəbər verir ki, tədqiqat 60-85 yaş arası 8715 nəfərin məlumatları əsasında aparılıb və iştirakçılar orta hesabla 9 il ərzində izlənilib.

Onlar qəhvə və çay istehlakına görə üç qrupa bölünüb: heç qəbul etməyənlər, orta miqdarda qəbul edənlər (gündə 1-3 fincan) və yüksək miqdarda qəbul edənlər (gündə 4 və ya daha çox fincan). Tədqiqat nəticələri göstərir ki, orta dərəcədə qəhvə istehlakı (gündə 1-3 fincan) yaşlılarda düşünmə və problem həll etmə bacarıqlarının daha yavaş azalması ilə əlaqələndirilir. Maraqlıdır ki, yüksək qəhvə qəbulu bu göstəricilərdə daha sürətli azalma ilə əlaqələndirilib. Çay üçün isə həm orta, həm də yüksək səviyyəli qəbul (gündə 1 fincandan çox) müsbət əlaqə göstərib. Lakin tədqiqatın əvvəlində çay istehlak edənlər bir qədər zəif nəticələr göstərsələr də zamanla bu fərq azalıb və çay içməyənlərə nisbətən daha yavaş koqnitiv zəifləmə müşahidə olunub.

Tədqiqatda Alzaymer xəstəliyinə genetik meyillilik (APOE-ε4) da nəzərə alınıb və bu genetik faktor nəticələrin doğruluğuna xüsusi töhfə verib.

Seçilən
2
herbiand.az

1Mənbələr