AZ

PSJ-li futbolçu "Fənərbağça"ya "yox" deyib: "Türkiyədə oynamaq istəmirəm"

PSJ-li

Fransanın PSJ komandasında foma geyinən "Fənərbağça"nın transfer təklifini rədd edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, o, təklifə gözlənilməz və konkret cavab verib.

Futbolçu İstanbul klubunun menecerləri ilə görüşü qısa kəsib: "Mən Türkiyədə oynamaq istəmirəm".

Məlumatda o da deyilir ki, Nordi Mukiele "Fənərbağça" ilə yanaşı, Səudiyyə Ərəbistanından gələn təkliflərədə "yox" deyib.

Xatırladaq ki, ötən mövsümü icarə əsasında "Bayer Leverkuzen"də oynayan Mukiele 24 oyuna çıxıb. 27 yaşlı futbolçu bu matçlarda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Azər
Reyting.az
Seçilən
11
1
reyting.az

2Mənbələr