AZ

Şəmkirdə 7 min hektardan çox sahədə taxıl biçimi aparılıb

Şəmkirdə 7 min 156 hektar sahədə taxıl biçimi aparılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, cari ilin məhsulu üçün rayonda 14 min 224 hektar sahədə taxıl əkilib.

Bunun da 7 min 366 hektarı ( 3 min 195 buğda, 4 min 171 arpa) suvarılan, 6 min 858 hektarı (3 min 903 buğda, 2 min 955 arpa) isə dəmyə sahələridir. Eyni zamanda 60 hektar ərazidə isə vələmir əkilib.

Ötən il taxıl sahələrindən yüksək məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər.

Artıq rayonda suvarılan torpaq sahələrində taxıl yığımı başa çatmaq üzrədir. İyulun ayının əvvəlinə olan məlumata görə rayon ərazisində bu günə qədər 7 min 156 hektar ( 2 min 995 hektar buğda, 4 min 161 hektar arpa) ərazidə biçin aparılıb və 27 min 181 ton ( 12 min 215 ton buğda, 14 min 966 ton arpa) məhsul yığılıb.

Hazırda sahələrdə orta məhsuldarlıq 38 sentnerdir.

Qeyd edək ki, ötən ilə nisbətən bu ilin bu gününə qədər yığımda artım olub.

Seçilən
36
report.az

1Mənbələr