AZ

Oxunmaz nömrə ilə qayda pozan sürücünün cəriməsi başqasına yazıldı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qayda pozmadığı halda cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az-a məlumat verən sürücü bildirir ki, ona məxsus 42-CK-082 qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobili idarə etmədiyi halda cərimələnib.

O, elektron kabinetinə daxil olaraq radar tərəfindən qeydə alınan görüntülərə baxan zaman, fotoda əks olunan avtomobilin qeydiyyat nişanının bəzi hissələrinin silindiyi, bunun nəticəsində isə radar tərəfindən “082” kimi oxunduğunu müəyyən edib.

O, qayda pozmadığı üçün həmin cərimə qərarının ləğv edilməsini və digər sürücünün tapılaraq məsuliyyətə cəlb edilməsini xahiş edir.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
avtosfer.az

1Mənbələr