AZ

Güclü zəlzələ daha bir vulkanı aktivləşdirdi

Kamçatkada vulkanik aktivliyin artması davam edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Bildirilib ki, artıq aktiv olan vulkanlara Mutnovskaya Sopka da əlavə edilib və burada istilik anomaliyası qeydə alınıb. Vulkana sarı təhlükə kodu verilib.

Hazırda aşağıdakı vulkanlar aktivdir: Avachinsky, Klyuchevskoy, Bezymyanny, Kambalny, Karymsky və Mutnovsky. Alimlər qeyd edirlər ki, güclü zəlzələlərdən sonra davamlı artan təkanlar səbəbindən onların davranışını proqnozlaşdırmaq son dərəcə çətindir. Mütəxəssislər bu əraziləri ziyarət etməkdən çəkinməyi şiddətlə tövsiyə edir.

Seçilən
10
publika.az

1Mənbələr