AZ

Azərbaycanda uzman doktor kimi tanınan Volkan Uçağın diplomu saxta çıxdı

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Ankara Baş Prokurorluğu Türkiyədə  “həkim” kimi tanınan Volkan Uçağın tibb diplmunun saxta olmasını aşkar edib.

Bununla bağlı yayılan xəbərlərdə bildirilir ki, hipnoz seansları aparan və hədsiz ödənişlər alan Uçakın Ege Universitetinin Psixologiya fakültəsinin bakalavr dərəcəsini və Klinik Psixologiya üzrə magistr dərəcəsini saxtalaşdırdığı məlum olub.

Uçak ifadəsində Türkiyədə bakalavr və magistr təhsili olmadığını etiraf edib.

Bu arada Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Volkan Uçak Azərbaycanda da xeyli pasiyent qəbul edib.

Onun davamlı şəkildə Bakıya gəldiyi və xəstə qəbul etdiyi deyilir.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
icma.az

1Mənbələr