AZ

Pekin Starlink peyklərini məhv etməyi düşünür

Associated Press xəbər verir ki, Çin alimləri iş adamı İlon Maskın Starlink peyklərinə qarşı mübarizə strategiyaları hazırlayırlar.

Nəşr qeyd edir ki, Çin tərəfi peyklərə qarşı durmaq üçün kosmik lazerlərə malik gizli sualtı qayıqlar, “təchizat zəncirinin təxribatı” və ionla işləyən zərbə peyklərini nəzərdən keçirir.

Agentliyin məlumatına görə, Çin hökuməti və hərbi elm adamları artıq jurnallarda Starlink peyklərinin aşkarlanması və məhv edilməsi yollarını araşdıran onlarla məqalə dərc ediblər.

Çin tədqiqatçılarının fikrincə, kosmik gəmi Çin hökuməti və onun strateji maraqları üçün yüksək risk yaradır. Narahatlıqlar Starlink-in kəşfiyyat və ABŞ Müdafiə Departamenti ilə əlaqələri, eləcə də artan qlobal varlığı ilə bağlıdır.

Bundan əvvəl bildirilmişdi ki, Çin naməlum kosmik obyektlərin potensial təhlükələrini dəf etmək üçün Tianqonq kosmik stansiyasını robot sistemlərlə təchiz etməyi planlaşdırır.

Əziz Mustafa

Seçilən
35
2
oxumeni.az

10Mənbələr