Amerikanın “Boeing” təyyarə istehsalı korporasiyasının işçiləri əmək haqqının artırılması ilə bağlı işəgötürənlə müqavilə imzalamamaq və tətili davam etdirmək qərarına gəliblər.
"Report"un xəbərinə görə, bu barədə Maşinistlər və Aerokosmik İşçilərin Beynəlxalq Assosiasiyası (IAM) məlumat yayıb.
Assosiasiyanın prezidenti Brayan Brayant deyib: "Bizim birliyimiz demokratik prinsiplərə əsaslanır və üzvlərimiz öz töhfələrinə layiqli müqavilə tələb etmək hüququna malikdirlər".
Həmkarlar İttifaqı qeyd edib ki, tətildə iştirak edən əməkdaşlar yüksək texnoloji hərbi sistemlərin, o cümlədən F-15 və F/A-18 qırıcılarının, eləcə də müasir raket və müdafiə texnologiyalarının yığılması və texniki xidməti ilə məşğul olurlar.