AZ

BMW-nin yarımillik mənfəəti 29% azalıb

Alman avtomobil istehsalçısı BMW 2025-ci ilin ilk yarısı üzrə xalis mənfəətinin 29% azalaraq 4 milyard avroya düşdüyünü bildirib. Bu barədə avqustun 4-də yayılan maliyyə hesabatında qeyd olunub.

Şirkətin gəlirləri 8% azalaraq 67,7 milyard avroya enib. BMW gəlirdəki azalmanın səbəblərini açıqlamasa da, daha əvvəl əsas bazarlarda tələbatın zəifləməsi və mənfəət marjasına təzyiqləri vurğulamışdı.

Seçilən
4
anews.az

1Mənbələr