AZ

Qarabağ müharibəsi veteranı Tərtərdə həmkəndlisinə atəş açıb

Tərtər rayonunun kəndlərindən birində İkinci Qarabağ müharibəsi iştirakçısı olan şəxs həmkəndlisinə avtomat silahdan atəş açıb, lakin xəsarət alan olmayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 34 yaşlı Beyrək Quliyev 1992-ci il təvəllüdlü kənd sakinini AK-74 markalı avtomatla güllələyib. Güllələr zərərçəkmişə məxsus VAZ-21014 markalı avtomobili zədələyib.

Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb, ondan odlu silah götürülüb. Faktla bağlı cinayət işi başlanıb.

DİN bildirib ki, Quliyev əvvəllər də bir neçə dəfə müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb olunub.

İstintaq davam edir.

N.Təbrizli

Seçilən
42
1
anews.az

2Mənbələr