AZ

Murad Arifdən İLGİNC açıqlama: Türk, talış, tat, ləzgi hamımız azəriyik!

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tanınmış bəstəkar-müğənni Murad Arif sosial media hesabında ictimai müzakirələrə səbəb ola biləcək bir mövqe sərgiləyib.

Ölkə.az Musavat.com-a istinadən bildirir ki, sənətçi milliyyət, kimlik və dil məsələlərinə toxunaraq “azərbaycanlı” sözünün gündəlik danışıqda işlədilən qısaldılmış formasının vacibliyini vurğulayıb:

"Bütün dünya ölkələrinin əhalisinə qısaldılmış xitablar verilir. Finlandiyalıya fin, ispaniyalıya ispan, fransalıya fransız dediyimiz kimi, təbii ki, azərbaycanlıya da qısa xitab düşünməli.

İndi bu azəri söhbətini ortaya atana nə deyim, olmasın azərilər olsun azərlər. Amma bu olmalıdır da.

Mən şəxsən Azəriyə də razıyam Milliyətimin türk olduğunu qəbul edirəm. Amma, bu türklü, talışlı, tatlı, ləzgili hamımız azərbaycanlıyıqsa, bunun məişətdə işlək, ixtisar forması da olmalıdır.

Azəri torpağının hamımız övladıyıq".

Murad Arifin bu fikirləri sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Əksəriyyət “azəri” ifadəsinin Sovet dövründən miras qalmış yanlış adlandırma olduğunu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
olke.az

3Mənbələr