Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Sudandakı uşaqların vəziyyəti ilə bağlı yazılı açıqlama yayıb.
APA xəbər verir ki, UNİCEF-in yazılı açıqlamasında, 600 mindən çox uşağın həyatının təhlükə altında olduğu bildirilir.
"Şimali Darfurda qarşıdurma bu ilin aprel ayından etibarən şiddətlənib. Vəba ilə yanaşı, 5 yaşından kiçik 640 mindən çox uşağın həyatı zorakılıq, xəstəlik və aclıq riski altındadır.", - açıqlamada deyilir.
Açıqlamada həmçinin Şimali Darfur əyalətinin Tavila şəhərində iyunun 21-də ilk yoluxma halının aşkarlandığı gündən bəri 300-ü uşaq olmaqla 1180-dən çox vəba hadisəsinin və ən azı 20 ölüm halının qeydə alındığı vurğulanıb.