AZ

McLaren F1 rekord qiymətə satıla bilər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"RM Sotheby's" hərracında 1997-ci ildə istehsal olunmuş "McLaren F1" idman avtomobili satışa çıxarılacaq.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, o ABŞ-yə gətirilən yeddi nümunədən biridir.

Avtomobil 461 kVt (627 at gücü) hasil edən 6,1 litrlik BMW S70/2 V12 mühərriki ilə təchiz edilib və onun maksimal sürəti 356 km/saatdır.

Lotun gözlənilən qiyməti 23 milyon dollardır. Əgər avtomobil bu qiymətə alınarsa, o indiyə qədər satılan ən bahalı "McLaren" olacaq. Hərrac avqustun 17-də bağlanacaq.

Markanın cari auksion rekordu 20,4 milyon dollar təşkil edir ki, bu da 2021-ci ilin avqustunda "Gooding & Company" hərracında ödənilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
oxu.az

2Mənbələr