AZ

Rossi "Şamaxı"nın “çörəyinə yağ sürtdü” - FOTOLAR

Premyer Liqada yeni mövsümə hazırlığını davam etdirən "Şamaxı" və "Sumqayıt" yoxlama oyununda üz-üzə gəliblər.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş şamaxılıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu Karim Rossi vurub.

"Sumqayıt" yay hazırlıq toplanışında daha əvvəl "İmişli" ilə 0:0 hesablı heç-heçə edib, "Kəpəz"ə isə qalib gəlib - 2:1.

"Şamaxı" isə "Qəbələ"yə 1:2 hesabı ilə uduzub, "Karvan"a qalib gəlib - 2:0,"Kəpəz"i 6:1 hesabı ilə məğlub edib.

Seçilən
76
16
sportinfo.az

10Mənbələr