AZ

ABŞ-nin hansı halda gömrük rüsumlarına yenidən baxa biləcəyi açıqlanıb

Bazarlar Ağ Evin rəhbəri Donald Trampın ticarət siyasətinə mənfi reaksiya verərsə, ABŞ yeni sövdələşmələr olmadan ticarət tariflərinin ölçüsünü dəyişməyəcək.

“İki sahil” xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset deyib.

O, bazarların tariflərə mənfi reaksiya verəcəyi təqdirdə Vaşinqtonun gömrük rüsumlarına yenidən baxmasının mümkünlüyü ilə bağlı sualına belə cavab olaraq: “Mən bunu istisna edərdim, çünki ticarət sövdələşmələri yekundur”.

Hassett, bazar oyunçularının hazırkı administrasiyanın əldə etdiyi ticarət razılaşmalarına müsbət cavab verdiyini söyləyib. Ağ Ev rəsmisi bildirib ki, ABŞ-nin Avropaya tətbiq etdiyi gömrük tariflərinə görə, dövlət büdcəsinə əlavə təxminən 100 milyard dollar vəsait daxil olacaq.

Seçilən
10
2
ikisahil.az

3Mənbələr