AZ

Putinin rahatlığını pozan olay: Kadırov Bodrumda intihara cəhd edib?

Muğlanın Bodrum rayonunda istirahət zamanı boğulma təhlükəsi ilə xəstəxanaya yerləşdirilən Çeçenistan lideri Ramzan Kadırovun intihara cəhd edə bilərdi.

Publika.az xəbər verir ki, bu iddia ilə susiyalı geosiyasi ekspert Mark Galeotti çıxış edib.

"Kadırovla bağlı hər şey qəribədir. Bu qədər silahı olan birinin özünü boğaraq intihara cəhd etməsi ideyası qəribə səslənir. Mühafizəçilərini geridə qoyub təkcə suya dalmaq üçün ayrılması versiyası da eyni dərəcədə qəribədir. Dürüst desəm, nəyə inanacağımı bilmirəm və bu barədə sağlam fikir bildirə biləcək heç kimi tanımıram", - o bildirib.

The Moscow Times-da yayımlanan xəbərdə belə deyilir:

"Bodrumda baş verən son qarışıq hadisə, Ukraynada müharibə ilə məşğul olan Rusiya Prezidenti Vladimir Putinin ölkənin cənub sərhədlərindəki sabitlik barədə narahatlığına səbəb olmuş ola bilər. Oteldə istirahət edən Çeçen lider Ramzan Kadırov üzərkən çətinliklərlə üzləşib və az qala boğulub. Hadisə zamanı onun şəxsi mühafizəçiləri ərazidə olmayıb, onu yerli təhlükəsizlik əməkdaşları xilas ediblər. İlk tibbi yardım göstərildikdən sonra Kadırov özəl klinikaya aparılıb və vəziyyətinin stabil olduğu bildirilib"

Seçilən
23
publika.az

1Mənbələr