Bu gün Dərbənddə Cümə məscidinin ərazisində güclü külək zamanı çinarın iri budağı qırılaraq 3 turist qadının üzərinə düşüb.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Sapa Kavkaz” məlumat yayıb.
Məlumatda bildirilib ki, şəhərdə qonaq olan rusiyalı qadınlardan biri ölüb, digər ikisi isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Dağıstanın İstintaq Komitəsi hadisənin baş vermə şəraitini müəyyənləşdirir və araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta