AZ

MAQATE nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, danışıqlarda məsələnin siyasi tərəfi diqqət mərkəzində olacağından nümayəndə heyətinə müfəttişlər daxil edilməyəcək. Gözlənilir ki, tərəflər agentliklə əməkdaşlığın dayandırılması ilə bağlı parlament tərəfindən qəbul olunmuş qanunun icra mexanizmlərini müzakirə edəcəklər.

İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb. İyulun 22-də isə İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib ki, İran gələcəkdə agentliyin müfəttişlərinin öz ərazisinə qayıtma ehtimalını istisna etmir. İyulun 25-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi yaxın həftələrdə MAQATE nümayəndə heyətinin ölkəyə səfərinə hazırlıq barədə məlumat verib.

Seçilən
36
7
operativmedia.az

10Mənbələr