Nideland Super Kuboku uğrunda PSV və “Qou Ahed İqlz” komandaları arasındakı oyun Eyndhoven təmsilçisinin qələbəsi ilə başa çatıb.
Arena.az məlumat verir ki, sözügedən komanda bu oyunda 2:1 hesablı qələbəyə sevinib.
Oyunun 35-ci dəqiqəsində Matis Syuray “qartallar”ı hesabda önə keçirib. 78-ci dəqiqədə isə Qerrit Nauber topu öz qapısından keçirməklə, “qartallar”ı peşman edib. 84-cü dəqiqədə Eyndhoven klubu Serjinyo Destin sayəsində qələbəni yaxalayıb.
PSV 15-ci dəfə Niderland Super Kubokuna sahib olub ki, bu da milli rekorddur. “Qou Ehed İqlz” isə ilk dəfə yüksəldiyi superkubok finalından məğlub ayrılıb.