AZ

Günəşdə güclü partlayış olub

Bu gün Günəşdə güclü partlayış qeydə alınıb.

Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu xəbər verib.

 

"Günəşdə indi M2.9 (güclü) səviyyəsində partlayış qeydə alınıb. Partlayış ötən gün Günəşin şimal yarımkürəsində görünən 4168 aktiv bölgəsində baş verib", - deyə o bildirib.

Bildirilib ki, maksimum radiasiya Bakı vaxtı ilə saat 17:57-də qeydə alınıb.

Seçilən
23
3
day.az

10Mənbələr