AZ

Şabran rayonunda, Bakı Quba yolunun yaxınlığında güclü yanğın olub

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Şabran rayonunun Dəvəçikənd kəndi ətrafında, Bakı Quba yolunun kənarında güclü yanğın baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, axşam saatlarında biçilmiş əkin sahələri alışıb, güclü külək səbəbilə yanğın geniş əraziyə yayılıb, kol-kos yanıb.

Əraziyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam məhdudlaşdırılması üçün tədbirlər görülür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
10
apa.az

10Mənbələr