AZ

“Qarnaço başqa bir məşqçi ilə işləmək istəyir”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim, komandadan ayrılacağı iddia olunan hücumçu Alexandro Qarnaço ilə bağlı mövqeyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" portuqaliyalı çalışdırıcının dediklərini belə çatdırıb.

“O, inanılmaz dərəcədə istedadlı bir futbolçudur, lakin bəzən belə hallar yaşanır. Hər zaman nəyin dəqiq səbəb olduğunu izah etmək mümkün olmur. Aydındır ki, o, başqa bir məşqçi ilə işləmək istəyir.Mən bunu anlayıram, problem deyil. Bəzən biri ilə əlaqə qurursan, digəri ilə isə yeni təcrübə axtarışına çıxırsan.”

Qarnacho “Mançester Yunayted”in əsas heyətinə 2020-ci ilin payızında “Atletiko Madrid”dən keçib. O vaxtdan bəri klubun heyətində bütün turnirlərdə 144 matçda meydana çıxan argentinalı hücumçu 26 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
20
90deqiqe.az

1Mənbələr