AZ

“Amma nəzərə alaq ki, “Qarabağ”ın səviyyəsinə görə rəqibi münasib idi” – menecer fikri

Bu həftə dörd klubumuz avrokuboklarda oynadı, üçü mərhələ adladı. “Qarabağ” “Şelburn”a, “Araz-Naxçıvan” “Aris”ə, “Sabah”isə “Petrokub”a güc gəldi.

Bu artıq Azərbaycan klub futbolunun inkişafıdımı? Sualı menecer Emil Şükürova ünvanladıq:
“Üç klubumuzun mübarizəni davam etdirməsi sevindirici haldı. Amma nəzərə alaq ki, “Qarabağ”ın səviyyəsinə görə rəqibi münasib idi. “Sabah”ın rəqibi Moldova təmsilçisi idi, amma “Şerif” deyildi. “Şerif” daha çox müqavimət göstərə bilərdi. “Araz-Naxçıvan”ın uğurunu fərqləndirmək istəyirəm. Çox yaxşı oyun ortaya qoydular. “Zirə” isə əzmkarlığını ortaya qoya bildi. Komandaların arasında surət fərqi hiss olunurdu. Hələ xorvat futbolunun Azərbaycan futbolundan fərqi var. Bizə, sadəcə, azarkeşlik etmək düşür. Bunlar hamısı sevindirici haldı”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
26
1
football-plus.az

2Mənbələr