AZ

“Ayaks”dan “Çelsi”yə

“Çelsi” klubu “Ayaks”ın müdafiəçisi Yorrell Hatonun transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

20 yaşlı müdafiəçi ötən mövsüm “Ayaks”ın heyətində ümumilikdə 50 oyuna çıxaraq 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə o, Erediviziyada Amsterdam təmsilçisinin heyətində 75 qarşılaşmada iştirak edib.

Transfermarkt portalının qiymətləndirməsinə əsasən, Yorrell Hatonun bazar dəyəri 35 milyon avro təşkil edir.

Qeyd edək ki, “Çelsi” yeni Premyer Liqa mövsümünə 17 avqust tarixində evdə “Kristal Pelas”a qarşı keçirəcəyi oyunla start verəcək.

Seçilən
21
90deqiqe.az

1Mənbələr