ain.az, Oxu.az saytına istinadən bildirir.
Baş ofisi Kambocada yerləşən beynəlxalq ödəniş platforması "Huione" bütün dünyada çirkli pulların yuyulması və fırıldaqçılıq əməliyyatları üçün əsas mərkəzə çevrilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, "Huione" hakerlər və transmilli cinayətkar qruplar üçün ən azı 4 milyard dollarlıq kriptovalyuta və elektron pullar yuyub.
"Huione Group" sığorta, valyuta mübadiləsi və maliyyə xidmətləri göstərir. Şirkət tərəfindən idarə olunan ictimai çatlarda saxta valyuta, çirkli pulların yuyulması xidmətləri, hakerlik texnologiyaları və fırıldaqçılıq sxemləri tapmaq mümkündür.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.