Niderland Superkubokunda 2025/26 mövsümünün çempionu bəlli olub.
Offsideplus.az xəbər verir ki, finalda "PSV" və "Qo Ahed İqls" klubları qarşılaşıb.
Görüşdə 2-1 hesabla qalib gələn "PSV" klubu tarixində 15-ci dəfə Niderland Superkubokunun çempionu olub. Bununla da onlar 2025/26 mövsümünə kubokla start verib.
Qeyd edək ki, Niderland Superkuboku "Yohan Kruyf Superkuboku" adlanır və bu titulu tarixində ən çox qazanan klublar 15 dəfə olmaqla "PSV", 9 dəfə "Ayaks", 5 dəfə "Feyenord" klublarıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta