AZ

Günəşdə güclü partlayış oldu

Avqustun 3-də Günəşdə güclü M sinifli alışma baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, M2.9 gücündə partlayış Bakı vaxtı ilə saat 17:57-də 4168 (N04E23) saylı Günəş ləkələri qrupunda qeydə alınıb. Qeyd edilən hadisə ilə yanaşı, müxtəlif günəş ləkələri qruplarında da aktivlik müşahidə olunub.

Məlumat üçün bildirək ki, Günəş alovları rentgen şüalanma səviyyəsinə əsasən A, B, C, M və X olmaqla beş kateqoriyaya ayrılır. A0.0 minimum sinif sayılır və Yer orbitində hər kvadrat metrə 10 nanovat radiasiya gücünə uyğundur. Hər növbəti sinifdə isə bu güc 10 dəfə artır.

Qeyd edək ki, M sinifinə aid alovlar orta güclü sayılır və texnoloji sistemlərə, xüsusilə rabitə və peyk avadanlıqlarına müəyyən təsirlər göstərə bilər.

Milli.Az

Seçilən
33
20
milli.az

10Mənbələr