AZ

“Qarabağ”ın bəxtinə kim düşsün? – Qurban Qurbanov bunlara gücünü göstərib ki...

Sabah, Bakı vaxtı ilə saat 14.00-da İsveçrənin Nyon şəhərində avrokubokların pley-off mərhələsinin püşkü atılacaq. Püşkü səbirsizliklə və həvəslə gözləməyə dəyər. Ona görə ki...

Avqustun 5-i və 12-də “Şkendiya” ilə qarşılaşacaq “Qarabağ”a ümidlərimiz sonsuzdu. Ağdamlılar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniya çempionunu sıradan çıxarmağa, Avropa Liqasına göndərməyə borcludu. Allah bizi Cici Bekalinin gününə salmasın, gəlin təsəvvür edək ki, “Şkendiya”nı keçmişik, pley-offa hazırlaşırıq. Bəs püşk hansı komandanı “Qarabağ”ın yoluna çıxara bilər?

“Bude/Qlimt” (Norveç)

“Seltik” (Şotlandiya)

“Malmö” (İsveç)/“Kopenhagen” cütünün qalibi

“Lex” (Polşa)/“Srvena Zvezda” cütünün qalibi

“Ludoqorets” (Bolqarıstan)/“Ferentsvaroş” cütünün qalibi.

Göründüyü kimi, heç birinin adından əzəmət yağmır. “Qarabağ” müxtəlif illərdə “Srvena Zvezda”dan başqa bu komandaların hər biri ilə qarşılaşıb. Statistika da “gəl-gəl” deyir. “Kopenhagen”, “Lex”, “Ludoqorets”, “Ferentsvaroş” iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb. “Qarabağ” ötən il Avropa Liqasının əsas mərhələsində “Malmö”yə 1:2 uduzub, “Bude/Qlimt”ə eyni hesabla qalib gəlib.

Qaldı bircə “Seltik”. Ağdamlıların bu komanda ilə də yolu kəsişib. Çempionlar Liqasının 2015/16 mövsümündə Qlazqoda 0:1 uduzmuşuq, ev oyunu 0:0 bitib.

Bir sözlə, sabahkı püşkatma ilə bağlı xoş xəyallar qurmaq olar. Amma həmin xəyallara çatmaq üçün əvvəlcə “Şkendiya”nı keçmək lazımdı.

ORXAN

Seçilən
20
1
football-plus.az

2Mənbələr