“Qarabağ” növbəti transferini reallaşdırıb.
Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ispaniyalı futbolçu Conatan Montyeli heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçi son olaraq İspaniyanın “Rayo Valyekano” klubunun şərəfini qoruyub. O, İspaniya millisinin U-17 və U-19 komandalarında da çıxış edib.