AZ

Dərbənddə ağac budağı turistlərin üzərinə aşdı – ölən və xəsarət alanlar var

BAKI, 3 avqust. TELEQRAF

Dağıstanda ağac budağının aşması nəticəsində 1 turist ölüb, 2 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sapa Kavkaz” məlumat yayıb.

Məlumata görə, avqustun 3-də Dərbənddə Cümə məscidinin ərazisində güclü külək zamanı çinarın iri budağı qırılaraq, 3 qadının üzərinə düşüb.

Nəticədə, şəhərdə qonaq olan rusiyalı qadınlardan biri ölüb, digər iki turist isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Dağıstanın İstintaq Komitəsi hadisənin baş vermə şəraitini müəyyənləşdirir və araşdırma aparılır.

Seçilən
33
3
teleqraf.com

4Mənbələr