AZ

Çin Maskın peyklərini vurmağa hazırlaşır

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Çin Milli Müdafiə Texnologiyaları Universitetinin professorunun elmi məqaləsinə əsasən, Çin alimləri Starlink peyk sisteminə qarşı yeni texnologiyalar üzərində çalışır.

Globalinfo.az xəbər verir ki, məqsəd ölkə üçün potensial təhlükə hesab edilən bu şəbəkəyə qarşı effektiv müdafiə yolları tapmaqdır.

Pekin “Starlink” şəbəkəsini ABŞ hökuməti ilə sıx əlaqədə olan bir infrastruktur kimi görür və xüsusilə Ukraynadakı münaqişədən sonra bu texnologiyanın hərbi məqsədlərlə istifadəsinə dair narahatlıqlar artıb. Qeyd olunur ki, elmi jurnallarda “Starlink”lə bağlı 64 məqalənin hamısı 2022-ci ilin fevralından sonra dərc edilib. Bu da Çinin marağının artdığını göstərir.

Qeyd edək ki, mayın 12-də Çin “Long March-3C” raketi ilə “Şiyan-19” adlı eksperimental peyki orbitə göndərib. Peykin rabitəsi texnologiyaları üzrə sınaqlar üçün istifadə ediləcəyi bildirilir. Buraxılış Cənub-Qərbi Sıçuan əyalətindəki Xichang peyk buraxılış mərkəzindən həyata keçirilib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
1
globalinfo.az

2Mənbələr