AZ

“Qarabağ” Joni Montiel transferini rəsmiləşdirdi

“Qarabağ” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi ispaniyalı yarımmüdafiəçi Joni Montieli heyətinə qatıb. 26 yaşlı hücumameyilli futbolçu son olaraq İspaniyanın “Rayo Valyekano” klubunun formasını geyinib.

Montiel karyerası ərzində “Levante”, “Valyadolid”, “Burqos”, “Toledo” kimi klublarda da çıxış edib. O, ümumilikdə 221 rəsmi oyunda iştirak edib, bu matçlarda 21 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. La Liqada 8, Sequnda Divizionda isə 147 oyunu var.

Qeyd edək ki, Montiel “Rayo Valyekano”nun yetirməsidir.

Xatırladaq ki, “Qarabağ” yay transfer pəncərəsində daha əvvəl Dani Bolt (“Torreense”, Portuqaliya), Pedro Bikalyo (“Alverka”, Portuqaliya), Kris Kuaku (“Mafra”, Portuqaliya) və Sami Mmaeeni (“Dinamo” Zaqreb – icarə əsasında) ilə də müqavilə imzalayıb.

Fərid Nəsibov

Seçilən
91
idmanxeber.az

1Mənbələr