AZ

Tərtərdə su kanalında 1 nəfər boğulub, 3 nəfər xilas edilib - YENİLƏNİB-3

Suda boğularaq dünyasını dəyişən Hüseynov Natiq Namiq oğlunun meyiti məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Tərtər rayon şöbəsində müayinə olunub.

APA-nın yerli müxbiri xəbər verir ki, meyit müayinə olunandan sonra ailəsinə təhvil verilib.

***

19:46

Bu gün Tərtərdə su kanalında boğularaq həyatın itirən Natiq Hüseynov şəhid qardaşı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, onun qardaşı Amil Namiq oğlu Hüseynov Vətən müharibəsində şəhid olub.

Qeyd edək ki, Natiq və Amil ailədə iki qardaş olub.

***

saat 19.26

Tərtərdə su kanalında boğularaq həyatın itirən şəxsin kimliyi məlum olub.

APA-nın yerli müxbiri xəbər verir ki, o, Bərdə rayon Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlundur.

***

saat 19.00

Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən 3-ü xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.

APA-nın yerli müxbiri xəbər verir ki, rayonun Cəmilli kəndi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri - Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinin stabil, iki nəfərin isə həyatı təhlükəsinin olmadığı bildirilir.

Digər bir nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 17.41

Tərtərdə 3 nəfər kanalda batıb.

APA-nın yerli müxbirinin əldə etdiyi ilkin xəbərə görə, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni sudan çıxarmaq mümkün olub, digər 3 nəfərin axtarşı davam edir.

Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Tərtərdə
Seçilən
4
4
apa.az

8Mənbələr