AZ

ABŞ və Rusiya arasında nüvə gərginliyi: Geri sayım başlayır, son 5 gün qaldı

ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi atəşkəs ultimatumunun bitməsinə 5 gün qalır.

Tramp ötən cümə günü axşam verdiyi bəyanatda Rusiya sahillərinə iki nüvə sualtı qayığının göndərildiyini açıqlayaraq, əgər avqustun 8-dək atəşkəs əldə olunmazsa, Moskvanı yeni iqtisadi sanksiyalar paketi ilə hədələyib.

Bu açıqlama Vaşinqton-Moskva münasibətlərində gərginliyin daha da artmasına səbəb olub. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Trampın bu addımını müharibəyə doğru atılmış addım kimi qiymətləndirib və ABŞ-ın ultimatum oyunu oynadığını deyib.

“Truth Social” platformasında paylaşım edən Tramp bu sözləri yazıb: “Sözlər çox vacibdir və çox vaxt gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, onlardan biri deyil”.

O, həmçinin ABŞ-ın iki nüvə sualtı qayığının müvafiq ərazilərə yenidən yerləşdirilməsi barədə göstəriş verdiyini bildirib. Qayıqların dəqiq hansı bölgəyə göndərildiyi açıqlanmayıb.//Globalinfo.az 
Seçilən
38
1
referans.az

2Mənbələr