Bu gün Günəş səthində güclü enerji boşalması baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu birgə məlumat yayıb.
Məlumata əsasən, partlayış M2.9 səviyyəsində – yəni "güclü" kateqoriyasında qeydə alınıb. Enerji buraxılması Günəşin şimal yarımkürəsində, 4168 saylı aktiv sahədə baş verib.
Güclü radiasiya emissiyasının maksimum səviyyəsi Bakı vaxtı ilə saat 17:57-də müşahidə olunub.
Hazırda partlayışın Yerə və peyk sistemlərinə təsiri ilə bağlı araşdırmalar davam etdirilir. Mütəxəssislər xüsusilə rabitə və GPS siqnallarında ola biləcək qısamüddətli dəyişikliklərə qarşı diqqətli olmağı tövsiyə edirlər.