AZ

Kanalda boğulan Natiq şəhid qardaşı imiş - Fotolar

Tərtərdə kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, o, Bərdə rayon Körpüqıran kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.

Əldə etdiyimiz məlumata görə, Natiq Hüseynovun kiçik qardaşı Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

Onlar ailədə 2 qardaş olub. Böyük qardaş Natiq isə bu gün Tərtər kanalında faciəvi şəkildə həlak olub.

Qeyd edək ki, kanalda batan Bərdə sakinlərindən üç nəfəri FHN-nin əməkdaşları xilas edib.

Fotoda: Vətən müharibəsi şəhidi Adil Hüseynov

Fotoda: Natiq Hüseynov

Ziya Əmirxanlı

Seçilən
40
18
qafqazinfo.az

10Mənbələr