AZ

İran Pakistanla ticarət həcmini 3 dəfədən çox artırmaq niyyətindədir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkian Pakistanla ticarət dövriyyəsini 3 dəfədən çox, yəni 3 milyard dollardan 10 milyard dollara qədər artırmaq planlarını açıqlayıb.

Bakıvaxtı.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Pakistanın baş naziri Şahbaz Şəriflə görüşündə deyib.

“Mən dərindən əminəm ki, biz ticarət əlaqələrimizi indiki 3 milyard dollardan proqnozlaşdırılan 10 milyard dollara qədər daha asan və tez artıra biləcəyik”, - Pezeşkian bildirib.

Pezeşkian həmçinin qeyd edib ki, İran və Pakistan bir sıra sektorlarda sazişlər bağlayıb. Onun sözlərinə görə, tərəflər arasında imzalanan sazişlər ticarət, mədəniyyət, turizm, logistika, elm və təhsil sahələrində əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

İran hökuməti aydınlaşdırıb ki, əldə olunmuş razılaşmalar tranzit marşrutlarının, o cümlədən dəniz, dəmir və avtomobil yollarının genişləndirilməsini, sərhəd bazarlarının yaradılmasını və genişləndirilməsini, həmçinin birgə azad iqtisadi zonaların institusionallaşdırılmasını nəzərdə tutur./ Report

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
4
bakivaxti.az

5Mənbələr