AZ

Lando Norris Macarıstan Qran Prisinin qalibi olub

"McLaren" pilotu Lando Norris Macarıstan Qran Prisinin qalibi olub.

İdman.biz xəbər verir ki, onun komanda yoldaşı Oskar Piastri yarışı ikinci yerdə tamamlayıb.

“Mercedes” komandasının pilotu Corc Rassel üçüncü olub.

Dördqat və hazırkı dünya çempionu, "Red Bull" komandasının pilotu Maks Ferstappen 9-cu yeri tutub. Yeddiqat dünya çempionu, “Ferrari” komandasının pilotu Lyuis Hemilton yarışı 12-ci pillədə başa vurub.

Qeyd edək ki, ümumi hesabda Piastri 284 xalla birinci, Norris isə 275 xalla ikincidir. Üçüncü yerdəki Ferstappenin 187 xalı var.

İdman.biz

Məqalədə:
Seçilən
46
idman.biz

1Mənbələr