AZ

Gədəbəydə ağır qəzada ölənlərin və yaralıların kimlikləri məlum oldu - Yenilənib

Gədəbəydə baş vermiş ağır qəzada ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub...

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Çiçəkli kənd sakinləri 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov həlak olublar.

KIA markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci il təvəllüdlü Renat Məmmədov və 2020-ci il təvəllüdlü Amil Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə Gədəbəy RPŞ-nin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəydə avtomobil aşıb, ölənlər və yaralananlar var.

Gədəbəydə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə, maşın dərəyə aşıb.

Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Poliqon.info

Seçilən
31
3
poliqon.info

9Mənbələr