Avqustun 3-də Günəşdə M sinfinə aid güclü məşəl (alışma) qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu TASS-a açıqlama verib.
Məlumata görə, M2.9 gücündə alışma Moskva vaxtı ilə saat 16:57-də qeydə alınıb və bu proses 11 dəqiqə davam edib. Bu, Günəşin yüksək enerjili fəallıq siniflərindən birinə aiddir və onun Yerin maqnit sahəsinə təsiri istisna olunmur.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası bildirir ki, təkcə avqustun 1-də Günəşdə 15 fərqli alışma müşahidə olunub. Həmin alışmaların bəziləri də M sinfinə daxil olan güclü radiasiya yayır.
Alimlər hesab edirlər ki, bu tip günəş məşəlləri texnoloji sistemlərə, peyklərə və radio əlaqələrinə təsir göstərə, həmçinin qütb işıqları fenomenini də artıraraq vizual müşahidə üçün şərait yarada bilər.
DOĞRU.AZ