AZ

Nabran-Xudat yolunda YANĞIN: Avtomobillərin hərəkəti ÇƏTİNLƏŞDİ

Xaçmazda dənizsahili ərazidə kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib.

Bu barədə Far.Az-in "qaynar xətti"nə yerli sakinlər məlumat verib. 

Məlumata görə, İstisu qəsəbəsi ərazisində başlayan yanğın güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb. Yanğın nəticəsində yaranan qatı tüstü Nabran-Xudat yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Seçilən
16
far.az

1Mənbələr