“Çelsi”nin cinah hücumçusu Tayrik Corc Almaniya Bundesliqasına keçməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçu daha çox oyun praktikasına sahib olmaq istəyir.
Hazırda “Çelsi”nin baş məşqçisi Enzo Mareska ona start heyətində yer verməyə hazır deyil. Bu səbəbdən futbolçu karyerasını başqa komandada davam etdirməyi planlaşdırır.
Tayrik Corcun xidmətində Bundesliqanın iki klubu – “Leypsiq” və “Borussiya Mönhenqladbax” maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Tayrik Corc “Çelsi” akademiyasının yetirməsidir. O, əsas komandada debütünü ötən yay gerçəkləşdirib və 2025-ci ilin aprelində “zadəganlar”ın heyətində ilk qoluna imza atıb.
"Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.