AZ

AB Trampla dəhşətli saziş imzaladı - Kyerkeqor

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Avropadakı ABŞ qoşunlarının sayının azaldılacağı ilə bağlı narahatlıqlar səbəbindən Vaşinqtonla tariflərə dair pis sazişə razılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzinin baş elmi işçisi Ceykob Kyerkeqor deyib.

“Hamı etiraf edir ki, ticarət nöqteyi-nəzərindən bu, Avropa üçün dəhşətli bir razılaşma idi. Ancaq məsuliyyətli bir lidersinizsə, NATO-nun aparıcı hərbi gücünü, yəni Trampın Amerikasını öz tərəfinizdə saxlamaqdan başqa seçiminiz yoxdur”, - müəllif bildirib.

Onun sözlərinə görə, Leyen Vaşinqtonun tarif təhdidlərinə sərt cavab hazırlamışdı, lakin sonra geri çəkilərək Şotlandiyada Trampla son görüşündə sazişə razılaşdı./axar.az

Seçilən
3
2
bakivaxti.az

3Mənbələr