Bu gün Almaniya 2-ci Bundesliqasında yeni mövsüm start götürüb.
İdman.biz xəbər verir ki, Mahir Emrelinin yeni transfer olduğu "Kayzserslautern" ilk turu səfərdə keçirib.
"Hannover"lə görüşün start heyətində yer alan millimizin hücumçusu 65-ci dəqiqədə əvəzlənib.
Hesab meydan sahiblərinin minimal qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, Emreli ötən mövsümü 2-ci Bundesliqada "Nürnberq"də keçirib.
İdman.biz