AZ

“Atletiko” “Barselona”nın futbolçusunu transfer etmək istəyir

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado karyerasını “Atletiko” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, 21 yaşlı futbolçunun xidmətində Madrid klubu maraqlıdır. “Atletiko” klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Gənc futbolçunun oyun üslubu “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin diqqətini çəkib.

Kataloniya təmsilçisi Kasadonu təxminən 30 milyon avro dəyərində qiymətləndirir. Lakin futbolçunun özü “Barselona”dan ayrılmaq istəmir və əsas heyətdə yer qazanmaq uğrunda mübarizə aparmağa qərarlıdır.

Geridə qalan mövsümdə Kasado bütün turnirlərdə 36 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalına əsasən, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Seçilən
19
90deqiqe.az

1Mənbələr