ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moldova müxalifətinin “Qələbə” (Pobeda) bloku BMT və ATƏT-ə rəsmi məktub göndərərək Qaqauziyanın seçilmiş rəhbəri Yevgeniya Qutsula qarşı aparılan siyasi təqiblərə cavab verilməsini tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə blokun teleqram kanalında məlumat verilib.
Müxalifət beynəlxalq təşkilatlardan Qutsula və muxtar bölgə olan Qaqauziyaya qarşı təzyiqlərin dayandırılması üçün tədbirlər görüləcəyini gözlədiklərini açıqlayıb.
Məktubda həmçinin Qutsulun dərhal azadlığa buraxılması, müxalifət və etnik azlıqların hüquqlarının müdafiəsi və baş verənlərlə bağlı beynəlxalq monitorinqin başlanması təkid olunur.
Xatırladaq ki, Yevgeniya Qutsul 2024-cü ilin martında Kişinyov hava limanında saxlanılıb. O, 2023-cü il seçkilərində seçki fondlarının idarə edilməsi qaydalarını pozmaqda, bir sıra partiyaları qanunsuz maliyyələşdirməkdə və saxta sənədlər tərtib etməkdə ittiham olunur. Moldova Antikorrupsiya Prokurorluğu bu ilin aprelində işin məhkəməyə göndərildiyini açıqlayıb.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.